Oğuzda bələdiyyə binası yanıb

Oğuzda bələdiyyə binası yanıb
09:52 18 Yanvar 2020
63 Digər
Ölkə mətbuatı
A- A+

Oğuz rayonunda bələdiyyə binasında yanğın baş verib. 
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə yanvarın 17-dən 18-nə keçən gecə Filfilli kənd bələdiyyəsinin inzibati binasında qeydə alınıb.
Yanğın nəticəsində 100 kvadratmetr sahəyə malik bələdiyyə binasının 50 kvadratmetri yanıb. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz rayon dövlət yanğından mühafizə hissəsinin iki yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/oguzda-belediyye-binasi-yanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR