Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşəcək

Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşəcək
11:22 18 Yanvar 2020
27 Ölkə
Ölkə mətbuatı
A- A+

NATO baş katibinin müavini, səfir Mirça Coane yanvarın 20-də NATO-nun mənzil qərargahında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşəcək.

Milli.Az xəbər verir ki, Trend bu barədə NATO-nun saytına istinadən məlumat verir.

Qeyd edək ki, Azərbaycanla NATO arasında əməkdaşlığın vacib mərhələsi 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" çərçivə sənədinin imzalanması ilə başlayıb.

Azərbaycan ümumi maraq kəsb edən bir çox məsələlər üzrə "Sülh naminə tərəfdaşlıq" prinsipləri əsasında NATO ilə siyasi dialoq aparır. Müxtəlif format və səviyyələrdə keçirilən siyasi dialoq çərçivəsində tərəflər regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, Əfqanıstanda sabitliyin təmin olunmasına töhfə, təhlükəsizlik sahəsində yaranan problemlər, tərəfdaşlıq kimi məsələləri müzakirə edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/818999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR