Rihanna ərəb şeyxindən ayrıldı - ŞOK SƏBƏB

Rihanna ərəb şeyxindən ayrıldı - ŞOK SƏBƏB
11:23 18 Yanvar 2020
203 Şou
Ölkə mətbuatı
A- A+

31 yaşlı Rihanna və milyarder Həsən Cəmil artıq sevgili deyil.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, son müsahibələrində evlənmək planları və uşaq dünyaya gətirmək istəkləri barədə danışan müğənninin arzuları ürəyində qalıb. İddia olunur ki, 3 ilə yaxındır birlikdə olan cütlüyün ayrılma səbəbi milyarderin münasibətlərini rəsmiləşdirməyə isti baxmaması olub.

Məlumat üçün bildirək ki, Həsən Cəmil Səudiyyə Ərəbistanında və Yaxın Şərqdəki digər ölkələrdə "Toyota" avtomobillərini satmaq hüququna sahib olan “Abdul Latif Jameel”in vitse-prezidentidir, lakin bu, onun böyük biznes sahələrindən sadəcə biridir. Həsən 2,2 milyard dollar sərvətinin varisidir. Ailəsi ən zəngin ərəb ailələri siyahısında 12-ci yeri tutur.

Həsən Cəmil 2012-ci ildə tunisli sənətşünas Lina Lazarla evlənib, onlar 2017-ci ildə boşanıb (boşanma ilə bağlı məlumat dəqiq deyil -müəl.).

Rihanna ilə münasibətdən əvvəl Həsən Cəmil supermodel Naomi Kempbell ilə görüşüb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/302271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR