İstanbul-Təbriz təyyarəsi eniş edə bilmədi

İstanbul-Təbriz təyyarəsi eniş edə bilmədi
11:36 18 Yanvar 2020
111 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

Türkiyənin İstanbul şəhərindən Təbriz şəhərinə uçan İranın "IranAirtour" hava yollarına məxsus sərnişin təyyarəsi qarlı hava şəraitinə görə Təbrizin Şəhid Mədəni aeroportuna eniş edə bilməyib.

Trend-in məlumatına görə, bunu İranın Təbriz şəhəri Şəhid Mədəni aeroportunun ictimai əlaqələr şöbəsinin müdiri Məhəmməd Hacıpur deyib.

M.Hacıpurun sözlərinə görə, Təbriz aeroportunda görmə üfüqü 400 metrədək azalıb və eniş zolağı sürüşkəndir.

Hacıpur əlavə edib ki, qeyd olunan təyyarə Tehranın İmam Xomeyni beynəlxalq aeroportunda eniş edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3179019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR