Kipr çempionatı DAYANDIRILDI - Hakimə sui-qəsd...

Kipr çempionatı DAYANDIRILDI - Hakimə sui-qəsd...
11:38 18 Yanvar 2020
110 İdman
Ölkə mətbuatı
A- A+

Kiprin futbol çempionatının oyunları yarışın hakimlərindən birinin həyatına sui-qəsd cəhdinə görə təxirə salınıb.

Publika.az xəbər verir ki, bu barədə Kiprin Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 33 yaşlı hakim Andreas Konstantinin avtomobili minalanıb. Polis sui-qəsd cəhdinin hakimin evinin yaxınlığındakı dayanacaqda edildiyini bildirib. Partlayışdan sonra avtomobilə ciddi zərər dəysə də, hakimə heç nə olmayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/302262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR