Bakıda ağır qəza: “Toyota” eyni anda 4 avtomobili əzdi -

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az bildirir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Şəhər istiqaməti ilə hərəkətdə olan 90-MD-770 dövlət nömrəli "Toyota" markalı maşın yol kənarında dayanan avtomobillərə çırpılıb. Hadisə nəticəsində qəza törədən avtomobil də daxil olmaqla 5 nəqliyyat vasitəsi yararsız hala düşüb.

Hadisədə zərərçəkən şəxsin sözlərinə görə, "Toyota"nın sürücüsünün içkili olduğu ehtimal edilir.

Qəza ilə bağlı araşdırma aparılır. (Trend)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR