DANX : Bu il bölgələrdə avtobuslar və rayonlararası ictimai nəqliyyat vasitələri yenilənəcək

DANX : Bu il bölgələrdə avtobuslar və rayonlararası ictimai nəqliyyat vasitələri yenilənəcək
12:27 18 Yanvar 2020
53 Digər
Ölkə mətbuatı
A- A+

"Bölgələrdə nəqliyyat vasitələrinin yenilənməsi daha sürətli şəkildə həyata keçiriləcək".
“Report” xəbər verir ki, bunu “Real TV”yə müsahibəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəis müavini İbrahim Əliyev bildirib.
O vurğulayıb ki, ötən illərdə sahibkarlar tərəfindən bəzi bölgələrdə avtobuslar yenilənib: “Ümumilikdə, məqsədimiz Azərbaycanın bütün bölgələrində əhaliyə göstərilən xidmətin keyfiyyətini qaldırmaqdır. Bölgələrdə 15-20 il istifadə edilən avtobuslar var və onların yenilənməsinə böyük ehtiyac var”.
İ.Əliyev qeyd edib ki, cari ildə həm bölgələrdə, həm də rayonlararası nəqliyyat vasitələrinin dəyişdirilməsi üçün çalışacağıq: “Eyni zamanda, şəhərlərarası daşımalarda yeni nəqliyyat vasitələrinin təmin edilməsini həyata keçirəcəyik”. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bolgelerde-avtobuslar-deyisdirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR