Qvardiola istefa iddialarına cavab verdi: "Əgər Çempionlar Liqasına düşməsək..."

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandadan ayrılacağı haqda xəbərlərə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, ispaniyalı çalışdırıcı “Sky Sports”a açıqlamasında maraqlı fikirlər səsləndirib:

"Dəfəllərlə demişəm ki, Mançester Siti" istefaya göndərməsə, heç yerə getməyəcəyəm. Mən 100 faiz burada növbəti mövsümdə qalmağa hazırlaşıram və ona görə yox ki, biz son iki oyunu udduq və son aylar əla oynadıq. Oyunçularla işləmək xoşuma gəlir, hətta əgər hər şey pis olsa və biz Çempionlar Liqasına düşməsək, mən getməyəcəyəm”.

Qeyd edək ki, Qvardiolanın “şəhərlilər”lə 2021-ci ilin iyun ayına qədər müqaviləsi var.(qol.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR