DGK: Külli miqdarda dərman preparatlarının ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

DGK: Külli miqdarda dərman preparatlarının ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
14:47 18 Yanvar 2020
54 Digər
Ölkə mətbuatı
A- A+

Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "BMW 523" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
“Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin mühərrikinin arxa hissəsindəki və ön sağ, sol oturacaqlarının arxasındakı örtüyün arasındakı boşluqlardan gömrük nəzarətindən gizlədilmiş 680 ampula, 7840 ədəd həb və kapsuldan ibarət müxtəlif adda dərman preparatları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gomruk-kulli-miqdarda-derman-preparatlari-saxlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR