50 yaşlı kişiyə ərə getmək istəməyən məktəbli intihar etdi - FOTO

50 yaşlı kişiyə ərə getmək istəməyən məktəbli intihar etdi - FOTO
15:22 18 Yanvar 2020
158 Dünya
Ölkə mətbuatı
A- A+

16 yaşlı məktəbli qızın nişanlanması faciə ilə nəticələnib. O, intihar edib. Hadisə Rusiyada baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Yekaterinburq şəhərindən olan məktəbli valideynlərinin onu 50 yaşlı kişiyə ərə vermək qərarı ilə barışa bilməyib. Bunu rüsvayçılıq sayan qız intihar edib.

Qızın ailəsi yezididir. Onların ənənəsinə görə, qızlar 16 yaşında ərə getməlidirlər.

O da vurğulanır ki, qız doqquzuncu sinifə qədər yaxşı oxuyub, ancaq sonra evlilik məsələsinə görə dərslərinə laqeyd yanaşmağa başlayıb.

Hadisə ilə əlaqədar "intihar həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/819060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR