"Sabah" Moskva "Spartak"ı ilə qarşılaşacaq

"Sabah" Moskva "Spartak"ı ilə qarşılaşacaq
18:27 18 Yanvar 2020
97 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan "Sabah"ın hazırlıq çərçivəsində qarşılaşacağı son rəqib bəlli olub.

Milli.Az xəbər verir ki, paytaxt təmsilçisi Rusiyanın "Spartak" klubunun əvəzediciləri ilə qarşılaşacaq. Moskva təmsilçisi ilə görüş yanvarın 21-də baş tutacaq.

Yanvarın 8-dən Türkiyədə təlim-məşq toplanışında olan "Sabah", toplanış çərçivəsində Macarıstanın "Pakş" (0:2) və Rumıniyanın "Akademika Klinçeni" (0:0) klubları ilə qarşılaşıb. Komanda yanvarın 19-da Qazaxıstan "Kaysar"ı ilə üz-üzə gələcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/818975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR