Bu il bölgələrdəki avtobuslar yeniləri ilə əvəzlənəcək

Bu il bölgələrdəki avtobuslar yeniləri ilə əvəzlənəcək
18:28 18 Yanvar 2020
67 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bölgələrdə nəqliyyat vasitələrinin yenilənməsi daha sürətli şəkildə həyata keçiriləcək".

Bunu “Real TV”yə müsahibəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəis müavini İbrahim Əliyev bildirib.

O vurğulayıb ki, ötən illərdə sahibkarlar tərəfindən bəzi bölgələrdə avtobuslar yenilənib: “Ümumilikdə, məqsədimiz Azərbaycanın bütün bölgələrində əhaliyə göstərilən xidmətin keyfiyyətini qaldırmaqdır. Bölgələrdə 15-20 il istifadə edilən avtobuslar var və onların yenilənməsinə böyük ehtiyac var”.

İ.Əliyev qeyd edib ki, cari ildə həm bölgələrdə, həm də rayonlararası nəqliyyat vasitələrinin dəyişdirilməsi üçün çalışacağıq: “Eyni zamanda, şəhərlərarası daşımalarda yeni nəqliyyat vasitələrinin təmin edilməsini həyata keçirəcəyik”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/302284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR