“Kəpəz Kuboku 2020” yarışması keçiriləcək (FOTO)

“Kəpəz Kuboku 2020” yarışması keçiriləcək (FOTO)
23:50 18 Yanvar 2020
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

26 Yanvar 2020-ci il Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Gəncə Dövlət Dram Teatrında “Kəpəz Kuboku 2020” yarışması keçiriləcək.

Trend-in məlumatına əsasən, yarışmanın təşkilatı dəstəyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəqs Assosiasiyası və "Jam Group"dur.

Yarışma yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (7-10 yaşa kimi), yeniyetmələr (11-15 yaşa kimi), böyüklər (16 yaş və yuxarı).

"İncəsənətimizi bölgələrdə inkişaf etdirib, istedadı olan hər bir gəncimizi irəli çəkib, öz arzularını reallaşdırmaqlarına kömək etmək, inkişafına təkan vermək lazımdır. Gənclər bizim gələcəyimiz və davamçılarımızdır. AGİ və ARA olaraq məqsədimiz bu imkanlardan istifadə edərək ölkəmizin şəhər və rayonlarında istedadlı gənclərimizdən ibarət keçiriləcək festival və müsabiqədə onlar arasında bir-birilərinə qarşı rəqabət apararaq, öz məharətlərini göstərməklərinə imkan yaratmaqdı", - deyə Azərbaycan Gənclər İttifaqının İdarə Heyyətinin üzvü Əziz Əzizov bildirib.

Qeydiyyat üçün əlaqə nömrələri.

[email protected]

+994124971236

+994502502293

+994557079002

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3179135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR