Meteoroloji müşahidələr tarixində 2014-cü il dünyanın ən isti ili olub

11:13 17 Yanvar 2015
63 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc 
Meteoroloji müşahidələr tarixində ötən il dünyanın ən isti ili olub.
AzərTAc-ın BBС-yə istinadən verdiyi məlumata görə, ötən il su və havanın orta temperaturu müntəzəm meteoroloji qeydlərin aparıldığı 1880-ci ildən bəri ən yüksək həddə olub. Bu barədə NASA və Milli Okean və Atmosfer Administrasiyasının hesabatında bildirib.
Rekord temperatur bir çox Avropa ölkələrində, eləcə də Avstraliya və ABŞ-da qeydə alınıb. Ümumdünya Meteorologiya Təşkilatının nümayəndələri bildiriblər ki, 2014-cü ilin yanvar-oktyabr aylarında planetdə havanın temperaturu orta göstəricidən 0,57 dərəcə yüksək olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Meteoroloji_musahideler_tarixinde_2014_cu_il_dunyanin_en_isti_ili_olub-825490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR