Ölkə silkələndi - 6 bal gücündə zəlzələ oldu

Ölkə silkələndi - 6 bal gücündə zəlzələ oldu
11:03 19 Yanvar 2020
34 Digər
Ölkə mətbuatı
A- A+

İndoneziyada növbəti güclü zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, hadisə dünən axşam İndoneziya arxipelaqının şərqində yerləşən Papua adasında baş verib. Yeraltı titrəyişlər 6 bal gücündə olub.

Qeyd edək ki, yeraltı təkanların episentrinin Abepura yaşayış məntəqəsindən 157 kilometr qərbdə, ocağının 80 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər haqqında hələlik məlumat verilmir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/302335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR