Bakıda 36 yaşlı kişini bıçaqladılar

Bakıda 36 yaşlı kişini bıçaqladılar
12:05 19 Yanvar 2020
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonunda şəhər sakini müəmmalı şəraitdə bıçaqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Mirəli Qaşqay küçəsi, 46 ünvanında baş verib.

1984-cü il təvəllüdlü Bağırlı Anar Hüseyn oğlu qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Xəstəxananın növbətçi həkimi Bəhram Zeynalovun APA-ya verdiyi məlumata görə, yaralı bıçaq xəsarətləri alıb. 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/819184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR