Trampın məsləhətçisi işdən kənarlaşdırıldı

ABŞ Prezidenti Donald Trampın Rusiya üzrə məsləhətçilərindən biri Endryi Pik vəzifəsindən kənarlaşdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə mənbələrinə istinadən "Axios" nəşri məlumat yayıb.

Bildirilir ki, bu, "təhlükəsizlik məsələləri üzrə" onunla əlaqədar araşdırmanın aparılması ilə bağlıdır. Başqa təfərrüatlar açıqlanmır.

Ağ Ev və Pik isə məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Qeyd edək ki, Endryi Pik gələn həftə Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumunda Trampı müşayiət etməli idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR