Əlcəzairdə iki avtobusun toqquşması nəticəsində 12 nəfər ölüb

Əlcəzairdə iki avtobusun toqquşması nəticəsində 12 nəfər ölüb
12:22 19 Yanvar 2020
61 Digər
Ölkə mətbuatı
A- A+

Əlcəzairin cənub hissəsində iki avtobusun toqquşması nəticəsində azı 12 nəfər ölüb, 46-sı yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “En-Nahar” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, qəza Stıl şəhərində, ölkənin cənubundakı Əl-Ued və Biskra əyalətlərinin qovşağında baş verib.
Məlumatda bildirilib ki, yaralılardan beşi ağır vəziyyətdədir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/elcezairde-iki-avtobusun-toqqusmasi-neticesinde-12-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR