Salyanda əli dəzgahda qalan fəhlə üç barmağını itirdi

Salyanda əli dəzgahda qalan fəhlə üç barmağını itirdi
15:12 19 Yanvar 2020
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən axşam "Salyan Pambıq" Açıq Səhmdar Cəmiyyətində istehsalat qəzası baş verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, zavodun 47 yaşlı fəhləsi, Neftçala rayonunun Qaraqaşlı kənd sakini İlkin Fərzalı oğlu Bayramov dəzgahda işləyərəkən ehtiyatsızlıq etdiyindən sol əlindən ağır xəsarət alıb. Hadisə nəticəsində İ.Bayramov sol əlin 2-ci, 3-cü və 4-cü barmaqlarının travmatik amputasiyası diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/819212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR