Konserti günü anası öldü

Konserti günü anası öldü
15:17 19 Yanvar 2020
144 Dünya
Ölkə mətbuatı
A- A+

Kanadalı müğənni Selin Dionun anası Tereza Dion yanvarın 16-da ağır xəstəlikdən dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, həmin gün müğənni Mayamidə konsert verib.

Səhnəyə çıxan ifaçı tamaşaçılarına səslənərək deyib:

"Çoxunuz bilirsiniz ki, bu gün səhər anam dünyasını dəyişib. Amma mən və ailəm yaxşıyıq. Anam özü də istəyirdi ki, mən bu gün sizinlə birlikdə olum. Onunla bir neçə gün əvvəl vidalaşmışdım. Bu konserti ona həsr edirəm".

Qeyd edək ki, yanvar ayında Selin Dionun qardaşı Daniel və müğənninin əri, prodüser Rene Ancelil də vəfat edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/819213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR