Zelenski aviaqəza qurbanlarının vida mərasimində - VİDEO

Zelenski aviaqəza qurbanlarının vida mərasimində - VİDEO
15:32 19 Yanvar 2020
133 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Kiyev vilayətində yerləşən "Borispol" Beynəlxalq Hava Limanında ölkənin hərbi-hava qüvvələrinə məxsus "İl-76" təyyarəsi eniş edib.

Milli.Az bildirir ki, qafqazinfo-nun "TASS"a istinadən məlumatına görə, hava gəmisinin göyərtəsində İranda aviqəza nəticəsində həlak olan 11 ukraynalının cəsədi var.

Cəsədlərdən doqquzu ekipaj üzvlərinə, digər ikisi isə sərnişinlərə məxsusdur.

Hava Limanında keçirilən vida mərasimində Ukrayna Prezidenti Vladimir Zelenski, Baş Nazir Aleksey Qonçaruk, Xarici İşlər Naziri Vadim Pristayko, Parlamentin spikeri Dmitri Razumkov və digər hökümət nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, yanvarın 8-də Tehranda Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində 176 nəfər ölüb. Daha sonra təyyarənin səhvən İran tərəfindən vurulduğu məlum olub.  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/819216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR