20 Yanvar günü Bakıda hava necə olacaq -

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yanvarın 20-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Departamentdən Metbuat.az-a verilən məlumata görə, yanvarın 20-də saat 08:00-12:00 radələrində bəzi yerlərdə gözlənilən çiskinli az yağışın tədricən kəsiləcəyi, zəif duman olacağı ehtimal olunur.

Şimal-qərb küləyinin sürəti 7-12 m/s, arabir 15 m/s, havanın temperaturu 4-6 dərəcə isti olacaq.

Saat 12:00-15:00 radələrində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyinin sürəti 5-10 m/s, arabir 12 m/s, havanın temperaturu 6-8 dərəcə isti olacaq.

Saat 15:00-18:00 radələrində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyinin sürəti 3-8 m/s, arabir 10-12 m/s, havanın temperaturu 5 dərəcə isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR