Çingiz Qənizadə qazi seçicisini evində ziyarət etdi - FOTO

Çingiz Qənizadə qazi seçicisini evində ziyarət etdi - FOTO
17:53 19 Yanvar 2020
89 Ölkə
Ölkə mətbuatı
A- A+

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə günün ikinci yarısı da seçilirlə görüş keçirib.

Deputatlığa namizəd İmişli rayonuna daxil olan Əliyetməzli və Məmmədli kəndlərində olub.

Deputatlığa namizəd Çingiz Qənizadə Qarabağ qazisi seçicisini də evində ziyarət edib.

Daha sonra seçicilər deputatlığa namizəd Çingiz Qənizadəyə kənd yollarının pis olmasından şikayət ediblər. Sakinlər Məmmədli və Əliyetməzliyə yaxın ərazilərdə yolların bərbad vəziyyətdə olduğunu diqqətə çatdıraraq layihəyə salınmasına köməklik göstərilməsini rica ediblər. Çingiz Qənizadə məsələ ilə bağlı bir neçə ay bundan qabaq Azəravtoyol rəhbərliyi və Prezident Administrasiyası ilə əlaqə qurduğunu, xahişləri çatdırdığı söyləyib. Eyni zamanda deputatliğa namizəd layihələndirmənin işə salınması və yol çəkilməsini istədiyini də bildirib. Sonda seçicilər Cingiz Qənizadəyə səs verəcəklərini qeyd ediblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/302362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR