Lordlar Palatası Londondan Yorka köçürülə bilər

Lordlar Palatası Londondan Yorka köçürülə bilər
18:32 19 Yanvar 2020
133 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Baş Naziri Boris Conson  Lordlar Palatasının iclaslarının İngiltərənin şimalında keçirilməsini vacib sayır.

Milli.Az bildirir ki, APA-nın "The Sunday Times" nəşrinə istinadən verdiyi məlumata görə, bunu bu gün hakim Mühafizəkarlar Partiyasının sədri Ceyms Kleverli bildirib.

C. Kleverli deyib ki, bu, mümkündür və bu variantı araşdırırlar: "Biz  xalqa fərqli işlər görə bildiyimizi göstərmək istəyirik. Leyborist Partiyası milyonlarla səs itirib, çünki xalqın səsinə qulaq asmağı bacarmayıblar".

Qəzetin yazdığına görə, B. Conson bu həftə parlamentin yuxarı palatası olan Lordlar Palatasının Londondan Yorka köçürülməsi barədə tapşırıq verəcək. Əgər Lordlar Palatası Yorka köçürülsə, XVII əsrdə baş verən inqilabdan sonra York ölkənin siyasi həyatında mühüm rol oynamağa başlayacaq.

Lordlar Palatası üçün İngiltərənin şimalının seçilməsi təsadüfi deyil. Məhz bu region leyboristlərin ənənəvi qalası sayılır, burada mühafizəkarlar zəifdirlər. B. Conson isə Lordlar Palatasını Yorka köçürməklə bu durumu dəyişmək niyyətindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/819242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR