Tovuzda yanacadoldurma məntəqəsinə məxsus pulu mənimsəyən şəxslər saxlanılıb

Tovuzda yanacadoldurma məntəqəsinə məxsus pulu mənimsəyən şəxslər saxlanılıb
18:42 19 Yanvar 2020
54 Digər
Ölkə mətbuatı
A- A+

Tovuzda yanacadoldurma məntəqəsinə məxsus pulu mənimsəyən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, 18 yanvar 2020-ci il tarixində Tovuz rayon Qovlar şəhər sakini Röyal Əhmədov DİN-in “102” saylı Zəng Mərkəzi Xidmətinə müraciət edərək işlədiyi Qovlar şəhər ərazisindəki yanacaqdoldurma məntəqəsində naməlum şəxsin ona küt alətlə vuraraq məntəqəyə məxsus pulu aparması barədə məlumat verib.

Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçiridiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, R.Əhmədov əvvəlcədən dostları ilə planlaşdıraraq ona qarşı quldurluq hadisəsini törədilməsini təşkil edib. Bu işdə ona Tovuz rayon Qovlar şəhər sakinləri Hüseyn CəfərovVüsal Quliyev köməklik edib. Hər üç şəxs saxlanılaraq RPŞ-a gətirilib. Saxlanılan şəxslər ilkin dindirilmə zamanı törətdikləri cinayət hadisəsini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-yanacadoldurma-menteqesine-mexsus-pulu-menimseyen-sexsler-sax

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR