1560 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş Milli Məclisə seçkilərdə iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib.

Metbuat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “Onlardan 2247 nəfər imza vərəqələrini artıq götürüb, 1774 nəfəri imza vərəqələrini geri qaytarıb, 1560 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR