“Liverpul” derbini də qazandı

İngiltərə Premyer Liqasında 23-cü turun oyunları davam edir.

Metbuat.az xəbər verir ki, lider “Liverpul” öz meydanında “Mançester Yunayted”i qonaq edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbədən sonra xalını 64-ə çatdıran Yurgen Kloppun komandası zirvədəki yerini bir qədər də möhkəmləndirib. "Mançester Yunayted" isə 34 xalla 5-cidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR