Ağcabədidə tank əleyhinə minanın partladıcısı aşkarlanıb

Ağcabədidə tank əleyhinə minanın partladıcısı aşkarlanıb
03:37 20 Yanvar 2020
122 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan "Report"a verilən məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) və Ağcabədi Mərkəzi Xəstəxanasının əməkdaşları əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və RPŞ əməkdaşları tərəfindən birlikdə ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə minanın partladıcısı (MVZ-62) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partladıcının ətrafında 50 kv.m əraziyə yerüstü, 500 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agcabedide-tank-eleyhine-minanin-partladicisi-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR