Karateçilərimiz "Gran Pri" turnirində 10 medal qazandılar

Karateçilərimiz "Gran Pri" turnirində 10 medal qazandılar
04:53 20 Yanvar 2020
111 İdman
Ölkə mətbuatı
A- A+

Yeniyetmə və gənclərdən ibarət milli komandamız, baş məşqçi Anar Allahverdiyevin rəhbərliyi ilə Xorvatiyanın Samobor şəhərində 29-cu beynəlxalq "Gran Pri" turnirində 10 medal qazanıb.

Azərbaycan Milli Karate Federasiyasından Publika.az-a verilən məlumata görə, mükafatların biri qızıl, ikisi gümüş, yeddisi isə bürüncdür.

Murad Hacızadə (+84 kq, 18-20 yaşlı gənclər arasında) çempion olub. Fərid Savadov (-57 kq, 14-15 yaşlı yeniyetmələr) və Osman Osmanlı (+76 kq, 16-17 yaşlı yeniyetmələr) ikinci yeri tutub. Sultan Hüseynov və Ramil Baxşəliyev (-55 kq, 16-17 yaşlı gənclər), Abbas Dadaşov (-68 kq, 16-17 yaşlı gənclər), Tale Yaqubov (-68 kq, 16-17 yaşlı gənclər), Həsənəli Həsənəliyev (kata, 16-17 yaşlı gənclər), eləcə də Ceyhun İsmayılov (kata, 18-20 yaşlı gənclər) və Fidan Teymurova (-50 kq, 18-20 yaşlı gənclər) bürünc medal qazanıb. Yarışda 24 ölkədən 2047 karateçi iştirak edib.

Karateçilərimiz 7-9 fevral tarixlərində Macarıstanın paytaxtı Budapeştdə Avropa çempionatına hazırlıqları davam etdirəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/302390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR