Londonda hücum zamanı 3 nəfər öldürülüb

Londonda hücum zamanı 3 nəfər öldürülüb
05:07 20 Yanvar 2020
87 Digər
Ölkə mətbuatı
A- A+

Britaniyanın paytaxtı Londonun şimal-şərqində baş vermiş hücum zamanı 3 nəfər həlak olub.
«Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Skotlend-Yardın saytında dərc edilmiş xəbərdə bildirilir.
Qeyd edilir ki, bazar günü axşam saatlarında polisə şəhərin şimal-şərq rayonlarından birində ictimai asayişin pozulması barədə şikayət daxil olub. Hadisə yerinə gələn polis bıçaq xəsarətləri ilə öldürülən 20-30 yaşlarında üç kişinin meyitini aşkarlayıb.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Cinayətkar hələ saxlanılmayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/londonda-hucum-zamani-3-nefer-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR