Ötən il təbii fəlakətlər Çinə 47,5 milyard dollar ziyan vurub

Ötən il təbii fəlakətlər Çinə 47,5 milyard dollar ziyan vurub
08:42 20 Yanvar 2020
137 Dünya
Ölkə mətbuatı
A- A+

Çində ötən il baş vermiş qasırğa, daşqın, sel, quraqlıq, zəlzələ, meşə yanğınları, güclü külək və yağış, şaxta da daxil olmaqla müxtəlif təbii fəlakətlərdən, ümumilikdə 130 milyon nəfər əziyyət çəkib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin hesabatında qeyd olunur. Ötən il Çində baş verən təbii fəlakətlərdə 909 nəfər ölüb və ya itkin düşüb, 5 milyon 286 min sakin daha təhlükəsiz yerlərə təxliyə edilib. Bundan başqa, 126 min tikili dağılıb, 284 min tikiliyə isə ciddi ziyan dəyib. Bildirilir ki, ötən il 19,25 milyon hektar əkin sahəsi təbii fəlakətlərdən ziyan görüb.

Ümumi iqtisadi zərər 327 milyard yuan (47,5 milyard ABŞ dolları) olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/819305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR