Naməlum koronavirus Cənubi Koreyaya da çatdı

Naməlum koronavirus Cənubi Koreyaya da çatdı
09:50 20 Yanvar 2020
124 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Cənubi Koreyada yeni tip koronavirusa yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu xəstəliyə yoluxan şəxs Çinin Uhan şəhərindən İnçhon şəhərinə gələn çinli qadın olub.

Hazırda həmin qadın karantinə alınıb, müalicəsi davam edir.

Qeyd edək ki, Çinin özündə naməlum koronavirusdan ölənlərin sayı 3 nəfərə, yoluxanların sayı isə 198 nəfərə çatıb.

Bundan başqa naməlum koronavirus Yaponiya və Tailandda da aşkar edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3179517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR