Rusiyada hoteldə partlayış: Azı 5 ölü var

Yanvarın 20-nə keçən gecə Rusiyanın Perm vilayətinin Sənaye rayonunda yaşayış binasının birinci mərtəbəsində yerləşən "Karamel" mini-hoteldə isti su boru xətti partlayıb, hoteli su basıb.

Metbuat.az bildirir ki, hadisə nəticəsində ən azı beş nəfər ölüb, daha üç nəfər yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.(Apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR