Xaricdə təhsil alan azərbaycanlı gənclər 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı videoçarx hazırlayıblar

Xaricdə təhsil alan azərbaycanlı gənclər 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı videoçarx hazırlayıblar
12:02 20 Yanvar 2020
41 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə və dünyanın bir çox ölkəsində təhsil alan azərbaycanlı gənclər 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı videoçarx hazırlayıblar. 
"Report"un Türkiyə bürosu xəbər verir ki, Azərbaycan-Türkiyə Qardaşlıq və Həmrəylik Birliyinin təşəbbüsü ilə çəkilən videoçarxda azərbaycanlı tələbələrlə yanaşı, İndoneziya, İran, İspaniya, Belarus, Polşa, Hollandiya, İtaliya, İsveç, Kipr, Fransa, ABŞ, Portuqaliya və digər ölkələrdə təhsil alan onlarla xarici gənclər də yer alıblar.
Türkiyənin 81 şəhərində və dünyanın 20-dən çox bölgəsində çəkilən videoçarxda 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə həlak olmüş şəhidlərimizin adları dünyanın müxtəlif bölgələrində səsləndirilib, Bakıda və ətraf rayonlarda törədilən qətliamı əks etdirən kadrlar yer alıb. Videoçarxı Türkiyənin bir çox universitetləri öz səhifələrində paylaşıblar.
Vüsalə Abbasova



Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/xaricde-tehsil-alan-azerbaycanli-gencler-20-yanvar-faciesinin-30-illiyi-ile-bagli-videocarx-hazirlayiblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR