Azərbaycanda tanınmış jurnalist vəfat etdi

Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva 89 yaşında vəfat edib.

Metbuat.az “Azərtac”a istinadən xəbər verir ki, Elmira Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə “Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.

1987-ci ildə Azərinformda (indiki AZƏRTAC) işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.

2010-cu ildə təqaüdə çıxsa da, mətbuatla fəal əməkdaşlıq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR