Nazir: ""Azerspace-1" gələn ildən gəlir gətirməyə başlayacaq"

Nazir: ""Azerspace-1" gələn ildən gəlir gətirməyə başlayacaq"
11:17 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"Azerspace-1" telekommunikasiya peyki 2016-cı ildə öz xərcini tam çıxaracaq
Trend xəbər verir ki, bu barədə şənbə günü jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, hazırda peykin köməyi ilə göstərilən xidmətlərin kommersiyalaşdırılması üzrə fəal işlər aparılır.

Nazir deyib: "Əgər 2013-cü ilin birinci yarısının nəticələrinə görə, peyk operatoru tərəfindən cəlb edilən kredit vəsaitlərinin 50 faizi ödənilibsə, bu gün həmin göstərici 75 faizə çatıb. Peyk 2016-cı ildən öz xərcini tam çıxaracaq və gəlir gətirməyə başlayacaq”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR