Bakıda məşhur restoranın parkinqində insident: Müştərini döyüb, avtomobilini əlindən aldılar

Bakıda məşhur restoranın parkinqində insident olub.

Metbuat.az xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləşən “Cratos” restoranının yeraltı dayanacağında qeydə alınıb. Məlumata görə, Y.Xəlilov adlı şəxs həmin restoranın parkinqində olan zaman borclu olduğu Rüfət adlı şəxs və yanındakı bir nəfər ona zor tətbiq edərək BMW markalı avtomobili əlindən alaraq qaçıblar.

Faktla bağlı araşdırma aparılır.(Report)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR