Bakıda küçədə qadın meyiti tapıldı

Ötən gün Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində küçədə qadın meyiti tapılıb.

Metbuat.az bildirir ki, bu barədə "oxu.az"-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Meyitin üzərində zorakı əlamətlərə rast gəlinməyib. 45-50 yaşlarında olan qadının şəxsiyyəti hələ müəyyən edilməyib.

Polisin ilkin versiyasına görə, qadının daimi yaşayış yeri olmayıb və səfil həyat tərzi sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR