Şəkidə 26 yaşlı iki uşaq anası qızdırmadan öldü

Şəkidə iki uşaq anası soyuqdəymədən ölüb.

Metbuat.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun 1993-cü il təvəllüdlü İnçə kənd sakini İsayeva Xəyalə Qəhrəman qızı ötən gün axşam saatlarında yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

X.İsayeva xəstəxanaya çox ağır vəziyyətdə qəbul olunub. Qəbul olunduqdan bir qədər sonra isə dünyasını dəyişib.

Yaxınlarının dediyinə görə, X .İsayevanın səhhətində bir neçə göndür ki, yüksək hərarətlə müşahidə edilən soyuqdəymə olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR