Serj Sarkisyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa təhvil verildi

Serj Sarkisyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa təhvil verildi
15:47 20 Yanvar 2020
26 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın mənimsəmə ilə bağlı cinayət işinin istintaqı başa çatıb, işin materialları prokurorluğa təhvil verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, cinayət işində sabiq prezidentlə yanaşı, keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan, kənd təsərrüfatı nazirinin müavini Samvel Qalstyan və digər şəxslərin adı hallanır.

İstintaq Komitəsinn iddiasına görə, S.Sarkisyan 1 milyon dollardan çox vəsait mənimsəyib.

S.Sarkisyan öz növbəsində ittihamların siyasi təzyiq vasitəsi olaraq irəli sürüldüyünü bildirir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/819396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR