Tramp bu qadınlara viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir

Tramp bu qadınlara viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir
16:08 20 Yanvar 2020
136 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ağ ev ABŞ-a övlad dünyaya gətirmək və avtomatik amerika vətəndaşlığı almaq məqsədilə gələn əcnəbi qadınlar üçün viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir.

Trend-in məlumatına görə, ölkə Prezidenti Donald Tramp doğum hüququ əsasında vətəndaşlıq verilməsini nəzərdə tutan ABŞ Konstitusiyasına 14-cü düzəlişi “açıq-aşkar gülməli” adlandırıb.

Qeyd olunur ki, təklif olunan dəyişikliklər ölkəyə qısamüddətli turizm və işgüzar məqsədlərlə gəlmək istəyənlər üçün verilən B tipli vizalara tətbiq oluna bilər.

Dövlət Departamentinin əməkdaşları ABŞ-a övladı üçün vətəndaşlığa nail olmaq məqsədilə gələnlərə viza verilməsindən imtina edə bilər.

ABŞ İmmiqrasiya Araşdırmaları Mərkəzinin statistikasına əsasən, hər il bu ölkənin ərazisində təxminən 33 min əcnəbi uşaq doğulur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3179546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR