Mədəniyyət Nazirliyi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdi (FOTO)

Mədəniyyət Nazirliyi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdi (FOTO)
16:36 20 Yanvar 2020
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

1990-cı ilin Qanlı Yanvar faciəsindən 30 il ötür. Doğma yurdunun azadlığını, xalqının şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Bu müddət ərzində şəhidlərin məzarları xalqımızın and yerinə çevrilərək xatirələri ehtiramla yad olunur. Şəhidlər xiyabanını 30 ildir ki, nəinki Azərbaycan vətəndaşları, eyni zamanda yaxın-uzaq ölkələrdə yaşayan soydaşlarımız da ziyarət edirlər.

20 Yanvar faciəsi Azərbaycan xalqının tarixi yaddaşında dərin hüzn, eyni zamanda milli qürur məqamı kimi həkk olunub. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir. Ancaq o, təkcə faciə deyil, həm də istiqlal yolumuzun zirvəsi, milli məfkurəmizin öz ideallarına çatdığı gündür.

Trend-in məlumatına görə, bütün Azərbaycan xalqı kimi, Mədəniyyət Nazirliyinin, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi də yanvarın 20-də Şəhidlər xiyabanına gələrək milli mücadilə uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarşısında ehtiramlarını bildirdilər. Şəhidlərin xatirəsi yad edildi, məzarları önünə tər qərənfillər düzüldü.

Anım mərasimində paytaxtımızda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak edirdilər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3179698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR