Yaponiya kosmik hərbi birləşmə yaradır

Yaponiya kosmik hərbi birləşmə yaradır
18:17 20 Yanvar 2020
145 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiya raket və müdafiə sistemlərini inkişaf etdirən rəqibləri qarşısında özünü potensial təhdidlərdən qorumaq üçün kosmos müdafiə birləşməsi yaradacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Yaponiyanın Baş naziri Şinzo Abe deyib. O, yeni birləşmənin ABŞ-la əməkdaşlıq edəcəyini söyləyib.

Abe apreldə Yaponiya Özünümüdafiə Qüvvələrinin bir parçası kimi fəaliyyətə başlayacaq birləşmənin ölkəni kiberhücumlardan, yapon peyklərini xarici müdaxilələrdən qoruyacağını bildirib.

Qeyd edək ki, ötən il Yaponiya hökuməti 2020-ci ilə qədər hərbi-kosmik qüvvələr yaratmaq niyyətində olduğunu açıqlamışdı.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/819421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR