"Mançester Yunayted"in qapıçısı ağır qəza törətdi

"Mançester Yunayted"in qapıçısı ağır qəza törətdi
19:08 20 Yanvar 2020
168 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Mançester Yunayted" futbol klubunun ikinci qapıçısı Serxio Romero ağır qəza törədib.

Publika.az xəbər verir ki, hadisə klubun bazasına yaxın ərazidə baş verib.

33 yaşlı qolkiper komandanın məşqinə tələsərkən 200 min avro dəyəri olan "Lamborgini" markalı avtomobili ilə qəzaya uğrayıb. Klubun açıqlamasına görə, argentinalı qapıçı xəsarət almayıb.

Qeyd edək ki, Romero bu mövsüm "qırmızı şeytanlar”ın heyətində 9 oyuna çıxıb və 2 qol buraxıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/302432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR