Arının ölüsü də insan üçün xeyirlidir - REPORTAJ - VİDEO - FOTO

Arının ölüsü də insan üçün xeyirlidir - REPORTAJ - VİDEO - FOTO
19:37 20 Yanvar 2020
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Qırx milyon il əvvəl yaranan arılar bir vaxtlar qədim yunanlılar və romalılar tərəfindən "Günəşin qızı", "Müqəddəs varlıq" hesab olunub. Arıları istehsal etdiyi dəyərli təbii məhsullarına görə loğman da sayırlar. Milyonlarla çiçəkdən topladığı bal kimi, arının ölüsündən də dərman vasitəsi olaraq istifadə edilir. Qədim zamanlardan loğmanlar tərəfindən arının ölüsündən xüsusi dərmanlar hazırlanırmış. Qərb bölgəsində arıçılar bu dəyərli canlının balı ilə yanaşı, ölüsündən də faydalanırlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iyirmi ildir arıçılıqla məşğul olan Qazax şəhər sakini, arıçı İlqar Həsənov təkcə bal götürməklə kifayətlənmir. O, arının ölüsünün də xeyirli olduğunu söyləyir.

Ölü arılardan dərman hazırlayan İlqar Həsənov deyir ki, cəmi 40-45 gün ömrü olan arının ölüsü yüzə qədər xəstəliyin sağalmasında köməkçi vasitədir. Arı südünün, mum güvəsindən hazırlanan məhsulun əks təsiri ola bilər, ancaq arı ölüsünün heç bir əks təsiri yoxdur. Yay mövsümündə arı ölüsündən hazırlanan dərmanlar daha effektiv olur.

Həmsöhbətimiz bildirib ki, bu canlıların ölüsü yaxşı qurudulmalıdır. "Toz halına salındıqdan sonra dərman vasitəsi hazırlanır. Arı ölüsündə olan xitozan maddəsi qanda xolestrinin azalmasına, bağırsaqların təmizlənməsinə kömək edir. Böyrək, zob, revmatizm xəstəliklərinə, qan təzyiqinin normallaşmasına müsbət təsir göstərir", - deyə arıçı qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/817406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR