Putin İrəvanın düşmənidir

Putin İrəvanın düşmənidir
11:21 17 Yanvar 2015
95 Dünya
Ölkə mətbuatı
A- A+

Bizim üçün dəqiq aydındır ki, şəxsən Vladimir Putin bizim müttəfiqimiz deyil.

ANS PRESS-in məlumatına görə, bu barədə erməni jurnalist Romella Mnasakanyan Gümrü hadisələrinə həsr etdiyi məqaləsində bildirib.

“Faktiki olaraq bizim müstəqilliyi sökdü. Putinin dövründə Ermənistanı xalqın yox, Kremlin adamları idarə edir və Rusiya rəsmiləri açıq-aydın erməni dövlətçiliyini ələ salır”, - deyə jurnalist vurğulayıb.

Jurnalistin dediyinə görə, artıq ermənilər istənilən rus əsgərin ölümünə sevinirlər: “Çünki hər bir ölən rus hərbçisinin şəxsində Valeri Permyakovu görürük. Şərti Permyakovun peyda olmasında təəccüblü heç nə yoxdur. Bu, Ermənistan vətəndaşlarına qarşı özü bildiyi kimi davranan tipik rusiyalı obrazıdır”.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Ermənilər Permyakov Ermənistanda mühakimə etmək istəyir, amma Moskva buna razılıq vermir. Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR