Makron və Tramp ABŞ-ın ticarət rüsumlarının tətbiqini müzakirə ediblər

Makron və Tramp ABŞ-ın ticarət rüsumlarının tətbiqini müzakirə ediblər
01:17 21 Yanvar 2020
108 Digər
Ölkə mətbuatı
A- A+

Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Parisin rəqəmsal vergisinə cavab olaraq tətbiq etdiyi ticarət rüsumları üzrə planları barədə danışıqlar aparıblar.
“Report” xəbər verir ki, bu barədə Fransa lideri özünün “Twitter”dəki səhifəsində bildirib.
"Donald Trampla rəqəmsal vergi haqqında əla müzakirə. Biz rüsumlar sahəsində eskalasiyadan qaçmaq üçün yaxşı razılaşma üzərində birlikdə işləyəcəyik", - Fransa prezidenti yazıb.
“Reuters” agentliyi isə öz növbəsində mənbələrə istinadən xəbər verib ki, Tramp İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OESR) çərçivəsində danışıqlar bitməyincə ticarət rüsumlarını tətbiq etməməyə razılaşıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/makron-ve-tramp-abs-in-ticaret-rusumlarinin-tetbiqini-muzakire-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR