Çində yeni növ virusdan ölənlərin sayı artıb

Çində yeni növ virusdan ölənlərin sayı artıb
04:02 21 Yanvar 2020
111 Digər
Ölkə mətbuatı
A- A+

Çinin Hubey əyalətinin Uhan şəhərində yayılan virusun yeni növündən 4-cü insan ölüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Uahnın səhiyyələri məsələləri üzrə şəhər komitəsinin xəbərində deyilir.
"Yanvarın 19-u gecə yarısı virusun yeni növünə 198 yoluxma hadisəsi qeydə alınıb, 25 insan artıq xəstəxanalardan buraxılıb, 4 nəfər ölüb”, - açıqlamada deyilir.
Bildirilir ki, ölən 89 yaşlı kişidir. Onda xəstəliyin əlamətləri yanvarın 13-də qeydə alınıb, xəstə 5 gün sonra nəfəsalmada yaranan problemlə əlaqəar xəstəxanaya çatdırılıb. Xəstə yanvarın 19-da yerli vaxtla saat 23.39-da həkimlərin səylərinə baxmayaraq ölüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinde-yeni-nov-virusdan-olenlerin-sayi-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR