Parisdə 20 Yanvar qurbanlarının xatirəsi yad olunub

Parisdə 20 Yanvar qurbanlarının xatirəsi yad olunub
04:27 21 Yanvar 2020
92 Digər
Ölkə mətbuatı
A- A+

Qanlı 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi Fransanın paytaxtı Parisdə yad olunub.
“Report”un Fransa bürosu xəbər verir ki, yanvarın 20-də Azərbaycanın Fransadakı səfirliyinin və Azərbaycanın UNESKO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anım mərasimi keçirilib.
Şəhidlərin ruhu bir dəqiqlik sükutla yad olunduqdan sonra Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev və Azərbaycanın UNESKO yanında daimi nümayəndəsi Anar Kərimov çıxış edərək Yanvar faciəsinin başvermə səbəblərindən danışıblar və ümummilli lider Heydər Əliyevin qətiyyəti nəticəsində bu faciəyə hüquqi və siyasi qiymətin verildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün öz ölkəsinin, xalqının azadlığını hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Azərbaycan xalqı igid övladlarının fədakarlığını həmişə yüksək qiymətləndirir, qəhrəmanlarla daim fəxr edir.
Tədbirdə istedadlı pianoçu, milli və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə Azərbaycan və dünya bəstəkarlarının musiqilərini ifa edib.







Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/parisde-20-yanvar-qurbanlarinin-xatiresi-yad-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR