Sürətlə yayılan nadir xəstəliyin SİRRİ ORTAYA ÇIXDI: prezident hərəkətə keçdi

Sürətlə yayılan nadir xəstəliyin SİRRİ ORTAYA ÇIXDI: prezident hərəkətə keçdi
10:18 21 Yanvar 2020
53 Digər
Ölkə mətbuatı
A- A+

Çində birdən-birə ortalığa çıxan və sətəlcəmə bənzədilən xəstəliyin sirri ortaya çıxıb.

Publika.az xəbər verir ki, koronavirusun insandan insan keçdiyi təsdiqlənib.

Çin mediasında yer alan xəbərlərə görə, Milli Səhiyyə Komissiyası tərəfindən epidemiyanı araşdıran mütəxəssis komandasının rəhbəri Zonq Naşan Quanqdonq əyalətindəki 2 nəfərə virusun ailə üzvlərinin birindən keçdiyinin təsbit edildiyini açıqlayıb.

“Gündəlik Çin” (China Daily) qəzetində virusun tapıldığı xəstələrə qulluq edən bəzi tibb işçilərinin də bu virusa yoluxduğu xəbəri yer alıb.

Çin Mərkəsi Televiziyasının xəbərinə görə prezident Çi Çinpinq virusun qarşısının alınması üçün təşəbbüs göstərilməsinə dair təlimatlar verib. Prezident partiya komitələri, hökumət və hər təbəqədəki aidiyyəti departamentlərin insanların həyatına və sağlamlığına əhəmiyyət verməsini istəyib.

“Şinxua” agentliyi Çində bu günə qədər sirli virusa 224 nəfərin yoluxduğunu, bunlardan 217 nəfərinin təsdiq edildiyini yazıb.

Qeyd edək ki, virusa yoluxan 3 nəfər dünyasını dəyişib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/302470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR